![](https://static.wixstatic.com/media/6d8832_4621656d1cf64202a703bffc935585f5~mv2.jpg/v1/fill/w_980,h_653,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/building.jpg)
Müasir dövrdə süni intellekt inkişaf edir, böyük nailiyyətlərin daim baş verməsinə səbəb olur. Belə bir mühitdə ardıcıl strateji baxışa arxalanmaq əsas amildir. Bu vizyonu formalaşdırmaq və prioritetləri, marşrutları və addımları müəyyən etmək icrasında suni intellekt daim işimizi rahatlaşdırır.
![Tibb sahəsində süni intellekt](https://static.wixstatic.com/media/77ffa0_fa2ff400ec134852826131725a0709d5~mv2.jpg/v1/fill/w_147,h_147,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/77ffa0_fa2ff400ec134852826131725a0709d5~mv2.jpg)
Tibb sahəsində süni intellektin köməyi?
Son illərdə suni intellekt digər sahələr ilə paralel olaraq tibb sahəsindən də yan keçməmişdir . Tibbdə süni intellektin nə kimi faydası vardır? Tibbdə süni intellekt tibbi məlumatların işlənməsinə kömək etmək, tibb mütəxəssislərinə mühüm fikirlər vermək, sağlamlıq nəticələrini və xəstə təcrübələrini yaxşılaşdırmaq üçün mühüm rol oynayır.
Suni intellektin tibb sahəsində tətbiqi?
Suni intellekt ilk növbədə səhiyyə sahəsində sürəti və dəqiqliyi artırmaq üçün istifadə olunur. Suni intellektin tətbiqinə misal olaraq əsasən MRT və CT cihazları kimi tibbi görüntüləmə məlumatlarını səhiyyə işçilərinə dəqiq və sürətli diaqnozlarda kömək etmək üçün rentgen şüalarını misal göstərmək olar. Həmin cihazlar müxtəlif növ xəstəliklərin öncədən aşkar olunmasına yardımçı olur.
#realtətbiqlər #sünintellektimkanları #süniintellektlayihələri
![Tibb sahəsində süni intellekt](https://static.wixstatic.com/media/77ffa0_7801e662c111442db75afd8a342afa29~mv2.jpg/v1/fill/w_147,h_147,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/77ffa0_7801e662c111442db75afd8a342afa29~mv2.jpg)
Suni intellekt gələcəkdə nə vəd edir.
Süni intellekt tibbdə inqilab etməyi vəd edir, bizə sağlamlıq və xəstəliklər haqqında məlumatları daha yaxşı başa düşməyə və məlumatlara əsaslanaraq daha çox qərar qəbul etməyə imkanı verir. Amma son olaraq qeyd edək ki, suni intellekt nə qədər sürətli inkişaf etsə də, nə qədər tibb sahəsində istifadə edilsə də , lakin son olaraq əsas qərarveirici bir həkim deyildir. Suni intellekt yanlız tibb sahəsində diaqnozların verilməsində və dəqiqliyin artırılmasında yardımçı ola bilər. Amma bilmək olmaz. Bəlkə gələcəkdə nə vaxtsa suni intellekt tibb sahəsində bir həkimin edə biləcəyi hər bir işi görə bilsin.
Nəticə
Süni intellekt həkimlərin və digər tibb işçilərinin 100%-nə təsir edir, çünki hər bir həkim öz işində artıq ondan istifadə edir. Və ya qısaca desək suni intellekt məhsulu olan tibb yeniliklərindən. Lakin araşdırmalar onu göstərir ki, hər dörd xəstədən üçü səhiyyə sahəsində süni intellektə etibar etmir. Süni intellekt səhiyyədə hər yerdə geniş yayılsa da, lakin xəstələrin təxminən 80%-ni tam olaraq suni intellektin yeniliklərinə güvənə bilmirlər.