![](https://static.wixstatic.com/media/6d8832_4621656d1cf64202a703bffc935585f5~mv2.jpg/v1/fill/w_980,h_653,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/building.jpg)
Suni intellekt bir çox sahələrdə istifadə olduğu kimi dizayn sahəsindən də yan keçməmişdir. Artıq müasir dünyada bir çox şirkətlər ən sonuncu dizayn proqramlarını paylaşan zaman həmin proqrama suni intellekt əlavə olunur. Səbəb olaraq suni intellekt dizaynerlərə öz işlərində daha effektiv düşünməyə və sürətli işləməyə yardımçı olur.
#dizayn #qrafika #suniintellekt
Suni intellektin dünyada tətbiqi
Real dünyada artıq bir çox şirkətlər suni intellekdən istifadə edir. Artıq ən populyar şirkətlərdən biri olan Adobe şirkəti suni intellekti öz əsas prioriteti qəbul edərək, əsas olaraq suni intellekt yönülmü proqramlar icad edir. Əvvəllər hamı dizayner ola bilmirdisə artıq hal-hazırda sadə bir insan suni intellekt əsasında çalışan proqrama daxil olub öz dizaynını formalaşdıra bilir.
#dizayn #qrafika #suniintellekt #world
![Qrafik dizaynda süni intellektin tətbiqi](https://static.wixstatic.com/media/77ffa0_8c48d6c9c92e4132b99642f0abaa153f~mv2.jpg/v1/fill/w_147,h_147,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/77ffa0_8c48d6c9c92e4132b99642f0abaa153f~mv2.jpg)
Suni intellekt yoxsa dizaynerlər?
Lakin bele bir sual yaranır. Sual ondan ibarətdir ki, müasir dövrdə suni intellekt dizaynnerlərə olan tələbi azaldacaqmı yoxsa xeyr? Əslində hal-hazırda bir sıra qrafik dizayn proqramları suni intellekt ilə çalışsada lakin dizaynerlərə olan tələb yenədə qalmaqdadır. Səbəb olaraq suni intellekt özü dünyada və qrafik dizayn sahəsində yeni yayılmaqdadır. Suni intellekt istifadəyə açıq olasada həmin suni intellekti bir proqramda istifadə edəcək qədər dizayn bacarığının olması gərəkdir.
#dizayn #qrafika #suniintellekt #world
![Qrafik dizaynda süni intellektin tətbiqi](https://static.wixstatic.com/media/77ffa0_45fc095994914899a520caecf8e0fb08~mv2.jpg/v1/fill/w_147,h_147,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/77ffa0_45fc095994914899a520caecf8e0fb08~mv2.jpg)
Suni intellektin tətbiqi zamanı problemlər.
Hal-hazırda suni intellekt istifadəçilərin marağında olsada bəzən onların istədikləri datalar ilə suni intellektin təqdim etdiyi məlumatlar arasında fərqlər yaranır. Bu öz növbəsində qrafik dizayn sahəsindən yan keçməmişdir. Yəni biz hər hansı bir şəkilini dizayn etmək istəyiriksək bu zaman suni intellekt bəzən bizim ona tətbiq etdiyimiz məlumatları aşılaya bilmir və öz növbəsində başqa məlumatlar əsasında şəkillər ortaya çıxır. Bu istifadəçilər tərəfindən mənfi rəy kimi alqılanır və suni intellektin hələdə müasir dünyaya tam uyğunlaşmasında əngəl formalaşdırır.
#dizayn #qrafika #suniintellekt #world #problems
Nəticə
Nəticə olaraq, Qrafik dizaynda süni intellektin tətbiqi əhəmiyyətli addımlar atılsa da, yaradıcılıq və innovasiya üçün maraqlı imkanlar təqdim edilsə də, o, insanın yaratdığı sənətə xas olan emosional dərinliyi, şəxsi ifadəni və şüurlu qərar qəbul etməyi əvəz edə bilməz.
#dizayn #qrafika #suniintellekt #world