top of page

Külək enerjisi nədir və hansı sahələrdə istifadə olunur?

İlk növbədə küləyin nə kimi faydaları olduğuna baxmaq lazımdır. Külək havanın hərəkətidir və küləyin ən əsas faydaları :


  • Okeanlarda su daşıması və yağış gətirməsi

  • Enerji əldə edilməsi,

  • Quruda temperaturun saxlanmasına kömək etməsi


-kimi bir çox cəhətdən bəşəriyyət üçün faydalıdır və bu amillər kənd təsərrüfatı, enerji və s. kimi bir çox sektorda kömək edir.


#külək #küləkenerji #suniintellekt #enerji


Külək enerjisi nədir?


Küləkdən enerji əldə etmək üçün hərəkətdə olan havanın kinetik enerjisi elektrik enerjisinə çevrilir. Müasir külək turbinlərində külək kinetik enerjini fırlanma enerjisinə çevirən rotor qanadlarını fırladır. Külək enerjisi elektrik enerjisi istehsal etmək üçün küləyin gücündən istifadə edən bərpa olunan enerji növüdür. Hərəkət edən havanın elektrik enerjisinə çevrilməsi üçün külək turbinlərindən də istifadəni nəzərdə tutur.



Külək enerji

Külək enerjisi qədim və müasir dövrlərdə?


Külək enerjisi dedikdə bir çox insanın ağlına ancaq külək turbinləri və rotor qanadlar yada gəlir. Lakin Külək enerjisindən hətda belə qədim zamanlarda istifadə edilmişdir. Eramızdan əvvəl Nil çayı boyunca istifadə edilən ən qədim Misir yelkənli qayıqlarını məhz külək enerjisi vasitəsi ilə hərəkət etdirilirdi. Eyni ilə müasir dövrdə Bu yaxınlarda eyni qüvvə uçurtmaları qaldırır, quruda sörfçülərə çimərlik boyu yarışmağa imkan verir və yel dəyirmanlarını fırladır.


#külək #küləkenerji #enerji #müasir


külək enerji


Külək enerjisi haralar da istifadə oluna bilər?


İlk öncə qeyd edək ki külək enerjisi digər enerji növləri kimi daimi istifadə oluna bilinmir. Və küləkdən alınan enerji digər enerji növləri ilə müqayisədə az olduğu üçün bəzən istifadəsi məqsədəuyğun olmur. Bu enerji növündən əsasən Ev sahibləri, fermerlər, müəssisələr və sənayelər suyu nəql etmək (içməli su kimi istifadə etmək, təsərrüfatları suvarmaq və s. üçün), elektrik ödənişlərini azaltmaq və havanın çirklənməsini azaltmaq üçün istifadə edirlər.


#külək #küləkenerji #enerji #müasir


Nəticə


Külək enerjisi tam enerji mənbəyi kimi bizə uyğun olduğu sualına gəlsək : Bu suala tam cavab vermək mümkün deyildir. Çunki bizə küləkdən gələn enerjinin miqdarı digər neft, qaz, su və s. yollarla əldə olunan enerjilərlə müqayisədə tamami ilə azdır. Lakin az olsa belə müəyyən sahələrdə küləkdən gələn enerjini istifadə etmək səmərəlidir. Külək enerjisi həm tükənməzliyi, həmdə müəyyən dövr sonra maliyyəti cəhətdən daha ucuz başa gəlir.q

bottom of page